Ölkə kuboku
"Neftçi" bu il Azərbaycan kubokunu qazanar"
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ L&oum…
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”ı məğlub edən (3:0) “Neftçi” növbəti mərhələyə vəsiqə qazanıb. Futbolinfo.az xəbər verir ki, oyundan sonra açıqlama verən məğlub komandanın baş məşqmisi Adil Mahmudov bu sözləri deyib:
“Kubok oyununa köklənmək tam başqadı. Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqibimiz “Neftçi” Azərbaycan futbolunun flaqmanıdı. Onlara qarşı oynamaq bizim üçün şərəfdir. İnşallah, “Neftçi” bu il Azərbaycan kubokunu qazanar. Bizim isə qarşıda vacib oyunlarımız var və həmin oyunlara hazırlaşmalıyıq".