Ölkə futbolu
Aqil Məmmədov: "…penaltilər olmayacaqdı"
Azərbaycan kubokunun 1/8 final mərhələsində "Bakı" &qu…
Azərbaycan kubokunun 1/8 final mərhələsində "Bakı" "Sumqayıt"ı penaltilər seriyasında məğlub edərək (4:3), növbəti mərhələyə adlayıb. Futbolinfo.az xəbər verir ki, oyundan sonra açıqlama verən Sumqayıt təmsilçisinin baş məşqçisi Aqil Məmmədov bu sözləri deyib:
“Oyun barədə onu deyim ki, biz rəqibdən üstün idik. Əgər əsas vaxtda imkanları dəyərləndirə bilsəydik, penaltilər olmayacaqdı. Biz bu gün yaxşı oynadıq. Komandamın çıxışından razıyam. Penaltilər bəxtə bağlıdı. Bəxtimiz gətirmədi”.