Premyer-liqa
"Xəzər Lənkəran"ın zədəlilərindən şad xəbər
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının 150ci turun…
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının 150ci turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “ağ-yaşıllar” ötən gün saat 11:00-da “Bayıl Arena”da məşqə çıxıb.
İsinmə hərəkətlərindən sonra komanda iki yerə bölünərək baş məşqçi və onun köməkçisinin sərəncamına keçiblər. Oğuz Çetin bir gün əvvəlki məşqdə olduğu kimi, bu dəfə də daha çox müdafiəyə diqqət ayırıb, Mustafa Eskisoy isə futbolçularla hücumların sona çatdırılması yönündə çalışmalar və qapılara zərbələr üzərində işləyib.
Bir saat 20 dəqiqə davam edən hazırlıq prosesi iki tərəfli oyunla yekunlaşıb. Rauf Əliyev meydançanın kənarında qaçışla kifayətlənsə də, Alfred Sanko və qapıçı Vyekoslav Tomiç artıq komanda ilə birgə məşq ediblər.
Qeyd edək ki, “Xəzər Lənkəran” bu gün də eyni arenada və eyni saatda hazırlığa başlayacaq.
(12cioyuncu)
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə