Dünya futbolu
Canlı əfsanədən ömürlük imza
Dünya futbolunun canlı əfsanəsi Pele ölkəsi Braziliyanı…
Dünya futbolunun canlı əfsanəsi Pele ölkəsi Braziliyanın "Santos” klubu ilə ömürlük müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, anlaşmaya əsasən, klub 74 yaşlı veteran futbolçunun simasından və adından bütün məhsullarında istifadə edə biləcək.
Pele anlaşma ilə bağlı klubun rəsmi saytına bunları deyib: "Gənc olanda bu klub mənə inandı. "Santos" məni böyük insan etdi. Mən harda oluramsa olum bu klub həmişə mənimlədi".
Qeyd edək ki, Pele 1956-74-cü illərdə "Santos”un şərəfini qoruyub və oynadığı 638 matçda 619 qol vurub. O, hazırda San-Paulo xəstəxanalarından birində müalicə alır. O, sidikqovucu yolların yoluxucu xəstəliyinə görə noyabrın sonunda xəstəxanaya yerləşdirilmişdi. Əfsanəvi braziliyalının vəziyyəti yaxşıdı, yaxın günlərdə evinə buraxılacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…