Dünya futbolu
Hedira: "Blatterin yerində olsaydım…"
Madrid “Real”ının almaniyalı futbolçusu Sami Hed…
Madrid “Real”ının almaniyalı futbolçusu Sami Hedira "Daily Mail" nəşrinə müsahibə verib. Futbolinfo.az xəbər verir ki, "Kral klubu" ilə müqaviləsi mövsümün sonunda bitəcək oyunçu gələcəyi barədə hələ qərar vermədiyini bildirib.
Yarımmüdafiəçi "Real"da qalacağını da istisna etməyib: "Hamı bilir ki, yayda müqaviləm başa çatacaq. Klub rəhbərliyi ilə yaxşı münasibətim var. Madriddə özümü rahat hiss edirəm. Orada qalmağım istisna deyil. Başqa klublarla danışıqlar aparmıram. Karyeramı harada bitirəcəyim özümə də maraqlıdı".
Hedira cari ildəki uğurları və "Qızıl Top" mükafatı haqqında sualları da cavablandırıb: "2014-cü il mənim üçün rəngarəng keçdi. Çempionlar Liqası və Mundialın finalında zədə səbəbindən oynaya bilmədim. "Qızıl top"a namizədlər dünya səviyyəli və güclü futbolçulardı. Mənim iki favoritim var: Ronaldo və Manuel Noyer. Hər ikisi öz mövqeyində ən yaxşılardı. Şadam ki, səs verməyəcəm. Yozef Blatterin yerində olsaydım, iki "Qızıl top" verərdim".
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir