Dünya futbolu
Robben İngiltərəyə qayıda bilər
"Mançester Yunayted" daha bir ulduzun izinə dü?…
"Mançester Yunayted" daha bir ulduzun izinə düşüb. Futbolinfo.az xəbər verir ki, söhbət "Bavariya"nın yarımmüdafiəçisi Aryen Robbendən gedir.
Mankunyanlar sürətli cinah futbolçusu istədiyi üçün hollandı "radarına" salıb. "The Guardian"ın xəbərinə görə, "qırmızı şeytanlar"ın rəhbərliyi holland futbolçunu qışda transfer etmək istəyir.
Cari mövsümdə Bundesliqada 9 matçda meydana çıxan Robben 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2009-cu ildən “Bavariya”nın formasını geyir. Aryen 2004-07-ci illərdə digər ingilis nəhəngi “Çelsi”də top qovub.