Premyer-liqa
“Xəzər Lənkəran” “Qəbələ” matçına itkilərlə hazırlaşır
Topaz Premyer Liqasının 15-ci turunda “Qəbələ” ilə q…
Topaz Premyer Liqasının 15-ci turunda “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “ağ-yaşıllar” ötən gün saat 11:00-da “Bayıl Arena” stadionunda məşq edib.
Məşqin əsasını komanda şəklində hücumların qurulması və qapılara zərbələr üzərində çalışmalar təşkil edib. Alfred Sanko və Vyekoslav Tomiç komanda ilə birgə, Rauf Əliyev isə fərdi qaydada məşq edib.
Həkim müayinəsindən keçmək üçün klinikada yerləşdirilən Adrian Skarlatakenin zədəsinin ciddi olduğu aşkarlanıb. Bu səbəbdən o, qarşıdakı bir neçə oyunu buraxmalı olacaq. Lakin “Qəbələ” ilə görüşü təkcə Rumın futbolçu deyil, daha üç futbolçu kənardan izləyəcək. Bunlar zədəli Rauf Əliyev, həmçinin cəzalılar Əfran İsmayılov və Sadio Tounkaradı.
(12cioyuncu)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…