Dünya futbolu
Türkiyə millisinin üzvünü vətən xaini adlandırdılar
Türkiyə Super Liqasının 12-ci turu çərçivəsind…
Türkiyə Super Liqasının 12-ci turu çərçivəsində keçirilən “Balıkəsirspor” – “Fənərbaxça” matçında qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, bu dəfə də diqqət mərkəzində “sarı-larcivətlilər”in qapıçısı Volkan Dəmirəl olub.
Belə ki, qarşılaşmanın ilk hissəsi başa çatandan sonra soyunub-geyinmə otağına yollanarkən, yerli fanatların “vətən xaini” sözləri qolkiperi özündən çıxarıb. O, fanatların üzərinə hücum çəkib. Yalnız polisin müdaxiləsindən sonra ortalıq sakitləşib.
Bundan əlavə, qonaqların futbolçusu Əmrə Belözoğlu da oyunboyu meydan sahiblərinin azarkeşlərinin təzyiqi ilə üzləşib. 34 yaşlı yarımmüdafiəçi 75-ci dəqiqədə əvəzlənərkən, onu fitə basan fanatlara gülərək reaksiya verib.
Qeyd edək ki, Volkan Türkiyə millisinin son oyununda yerli seyircilər tərəfindən təhqir oldğuna görə oyuna çıxmaqdan imtina etmişdi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…