Premyer-liqa
Sadıqov Məmmədovu təbrik etdi
Topaz Premyer Liqasının 15-ci turunda “Qarabağ” Tofiq B…
Topaz Premyer Liqasının 15-ci turunda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”ni qəbul edib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan derbisində qapılar toxunulmaz qalıb – 0:0.
Qolsuz bərabərliklə bitən qarşılşamadan sonra stadionda maraqlı anlar yaşanıb. Belə ki, komandalar stadionu tərk edərkən, Ağdam klubunun kapitanı Rəşad Sadıqov “Neftçi”nin vitse-prezident Elnur Məmmədovla üz-üzə gəlib. Paytaxt klubunun yeni vitse-prezidentini qucaqlayan Sadıqov onu gec də olsa, vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib. Qısa müddətli görüş əsnasında təcrübəli futbolçu Məmmədova gələcək karyerasında uğurlar arzulayıb.