Dünya futbolu
Hücumçumuz oynadı, komandası uduzdu
Türkiyə PTT 1-ci Liqasında 12-ci turun oyunları keçiril…
Türkiyə PTT 1-ci Liqasında 12-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" da növbəti matçına çıxıb.
Manisalılar doğma arenada "Samsunspor"la üz-üzə gəlib. Görüş evsahibi komandanın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən Subaşiç 46-cı dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, hazırda "Manisaspor" 10 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.