Əvəzedicilər
4-ü "Simurq"dan, 5-i "Sumqayıt"dan
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 15-ci tur oyunları ilə bağlı cəzaları açıqlanıb.
“Xəzər Lənkəran” – “Qəbələ” matçının 41-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
“Sumqayıt” – “Simurq” matçında Zaqatala klubunun 4 , sumqayıtlıların isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki kluba 500 manat məbləğində cərimə kəsilib.
(PFL)