Bizi izləyin

Ölkə futbolu

Tuyqun Nadirov: "Səhv olsa, Xaqani Məmmədov iclaslara çağırlacaq"

Bu gün “Hilton” otelində yeni yaradılan Klublar Kom…

blank
Bu gün “Hilton” otelində yeni yaradılan Klublar Komitəsinin (KK) ilk iclası olub. Futbolinfo.az xəbər verir ki, klub rəsmilərinin iştirak etdiyi iclasda bir sıra müzakirələr aparılıb. Bundan başqa KK-nin ilk sədri də müəyyənləşib. 
 
Beləliklə, səsvermə nəticəsində yeni yaradılan komitənin sədri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov olub. Tuyqun bəy iclasdan sonra yeni vəzifəsi ilə yanaşı, iclasda müzakirə olunan məsələlərdən danışıb:
 
“Klublar sağ olsunlar ki, etimad göstərib bu, vəzifəni mənə həvalə etdilər. Yəqin ki, bu uzun müddət olan münasibətlərimizdən irəli gəlir. Digər bir tərəfdən də ola bilsin ki, “Xəzər Lənkəran” olaraq bir çox təkliflərimiz klubların maraqlarını əks etdirir. Ona görə də, səsvermənin nəticəsində Klublar Komitəsinin sədri oldum. Üzərimə böyük məsuliyyət düşür.  Bir sıra müzakirələr oldu. İlk olaraq bu komitənin əsasnaməsi mükəmməl şəkildə olmalıdı. Düzdü, ilkin bir əsəsnamə var. Ancaq bəzi dəyişikliklər olacaq. Bu da öz növbəsində KK-nin daha da faydalı, daha da sözünün keçərli olmasını təmin edəcək. Biz AFFA-nın bir komitəsi olaraq fəaliyyət göstəririk, öz fəaliyyətimizlə AFFA-ya və digər ali futbol qurumlarına ziddiyyət yaratmalı deyilik. Eyni zamanda da Azərbaycan klublarının marağını əks etdirən komitəyik. Bu günə qədər belə bir komitə yox idi. Vacib məqamlardan biri də odu ki, müəyyən məsələləri bu gün klublar olaraq səsləndirdik. Klubların yayım məsələsi də müzakirə olundu. Bu işi peşəkar səviyyədə yerinə yetirmək lazımdı. Azarkelərin sevimli komandalarının oyununu rahat şəkildə izləməlidi. Klub da eyni zamanda bundan gəlir əldə etməlidi. Digər bir məsələ isə “Topaz” mərc şirkəti ilə klublar arasında olan münasibətdən gedir. Şirkət mərc oyunlarında klubların adından istifadə edir və bunun müqabilində ödəniş etməlidi. Əfsuslar olsun ki, bu gün klublar küllü miqdarda pul xərcləyib, futbolçu yetişdirirlər, ancaq oyunçu asan yolla komandanı tərk edir. Bu da klubların futbolçu yetişdirmə marağını aşağı salır. Ona görə də bir mexanimz fikirləşmək lazımdı. Hakimlərin çempionat oyunlarını idarəetmə məsələsi də müzakirə olundu. Növbəti iclas bu ayın sonunda olacaq. Hansı ki, bir sıra qərarlar “transfer pəncərəsi” açılana qədər qəbul olunmalıdı. Ən azı ayda bir dəfə iclasımız olacaq.
– Növbəti iclası kim təşkil edəcək?
– Ayın sonundakı iclas kənarda keçiriləcək. İclas otellərin birində olacaq. İclasın təşkilatı xərcini AFFA çəkəcək. Bu komitənin digərlərindən fərqi ondadı ki, burada sırf klublar təmsil olunur. Klubların maraqlarını əks etdirən məsələlər qəbul olunur. Həmin məsələlər də öz növbəsində komitənin üzvünün iştirakı ilə İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Biz komitənin üzvü kimi hansısa bir məsələnin İK-in iclasında qəbul olunmasını təmin edə bilərik. 
– Klublar Komitəsinin qəbul etdiyi qərarlar tövsiyyə xarakterlidi. Nəzərə almaq lazımdı ki, qəbul olunmaya da bilər…
– İcraiyyə Komitəsində təmsil olunan şəxslər Azərbaycan futboluna məsuliyyət daşıyan adamlardı. Əgər futbolun inkişafına xidmət edən bir qərar olsa, iki əlli bunu dəstəkləyəcəklər. Klublardan ağılllı təkliflər gəlsə, təbbi ki, bu, qərar qəbul oluna bilər. Hər hansı bir turda hakimlərlə bağlı ciddi narazılıq olarsa, həmin komitənin sədri iclasa dəvət olunacaq və ondan hesabat istəniləcək. AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsi bu səlahiyyəti Klublar Komitəsinə verib. 
– Belə çıxır ki, Xaqani Məmmədov hər  dəfə Komitənin İclasında olacaq…
– Burada söhbət hansısa bir klubun haqqının tapdalanmasından getmir. Söhbət ümumi hakim səhvlərindən gedir.
– AFFA-nın baş katibi Elxan Məmmədov açıqlamasında “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında baş tutan qarşılaşmanın televiziya vasitəsi ilə yayımlanmamasından narahat olduğunu bildirdi. Bundan başqa həmin qarşılaşmada azarkeşlərin az olmasından da şikayətləndi. Ola bilərmi ki, Klublar Komitəsi olaraq bu iki komanda arasında baş tuan səfər matçlarında qonaq azarkeşlərlə bağlı məlum qadağanın aradan qaldırması üçün çalışasız?
– Bu qarşılaşmanın televiziya vasitəsi ilə yayınlanmadığı üçün hamımız narahatıq. Burada ümumi məsələlər var ki, qlobal şəkildə həll olunmalıdı. Təbii ki, bu məsələlər müzakirə olunacaq. 
– Səsvermədə yekdilliklə sədrliyiniz qəbul olundu?
– Xeyr. Say çoxluğu ilə mən seçildim.
 
– “Neftçi” sizə səs verdi?
– Səsvermədə gizlilik qorundu. Hər bir klub özündən başqa digər komanda rəsmisinin adını yaza bilərdi. 
– Bu komitənin yaranmasından sonra PFL-in funksiyaları aşağı düşməyəcək?
– Bu məsələyə də toxunduq. İclasda PFL-in prezidenti Ramin Musayev də iştirak etdi. PFL-in konkret gördüyü iş var. Bunlar texniki məsələdi. Yarışın təşkilatı, futbolçuların qeydiyyatı və s. Misal üçün biz legioner limiti ilə bağlı öz təkliflərimizi verə bilərik. Buna PFL qarışmır axı.  Bunlar texniki məsələdi. Sabah hansısa bir yarışın keçirilməsində problem çıxarsa təbii ki, KK-in PFL prezidentini iclasa dəvət edib, şikayət etməyə ixtiyarı var.  Bütün bunlar futbolun inkişafına xidmət edir. Burada əks-səda yaratmırıq. Öz vəzifələrimizi bölmürük. Bunu Ramin müəllim normal qəbul edir. 
– Az öncə klubun yetişdirdiyi futbolçuların asan şəkildə digər bir komandaya keçməsindən danışdıq. Maraqlıdı, “Bakı”ın vitse-prezidenti Yaşar Seyidov bununla bağlı istər siz, “Simurq” və ya “Qarabağ”a nəsə dedimi? 
– Mən “Xəzər Lənkəran”ın vitse-prezidenti olaraq qeyd edə bilərəm ki, biz “Bakı”dan gələn futbolçuları tam hallalıqla əldə etmişik. Hətta onların borclarının bir hissəsi bizim köməkliyimiz nəticəsində bağlanılıb. Yaşar müəllim buna görə iclasda da bizə təşəkkür etdi. Bununla bağlı da bir mexanizm olmalıdı. Bu gün “Bakı”nın başına belə bir iş gəlir, səsini çıxarır. Amma belə bir hadisə bizim klubun başına 1 il bundan öncə gəlmişdi. Növbəti iclasa kimi hər klubun sadaladığımız məsələlərlə bağlı ayrıca təklif verəcək. İclasdan əvvəl müzakirə olunacaq və iclasın gedişində qərar veriləcək. Klublar Komitəsi jurnalistlərin də araşdırmalarından yararlana bilər. Hər hansı bir məsələ ilə bağlı araşdırma aparan jurnalisti  iclasa dəvət edib, onun fikirlərindən də faydalana bilərik. 
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Digər idman növləri2024-04-11 17:00

Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

blank
Dünya futbolu2024-04-11 16:27

Markinyos Pilorjeni ötdü

blank
Dünya futbolu2024-04-11 16:04

“Tottenhem” Uilyams üçün tələb olunan məbləği ödəyəcək

blank
Ölkə futbolu2024-04-11 15:45

“İrəvan”da qalmaqal: klub prezidenti saxlanıldı

blank
Dünya futbolu2024-04-11 15:27

Leao “Arsenal”ın hədəfində

blank
Layihə2024-04-11 15:07

COP29: Ekoloji təmizlik naminə Formula 1 üçün yeni tələblər vacibdir

blank
Dünya futbolu2024-04-11 14:48

PSJ Osimhen üçün 120 milyon avro ödəyəcək

blank
Dünya futbolu2024-04-11 14:29

Çempionlar Liqasının rekordu təkrarlandı

blank
Ölkə futbolu2024-04-11 14:10

AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti

blank
Dünya futbolu2024-04-11 13:51

Suşiç İngiltərəyə can atır

blank
Ölkə futbolu2024-04-11 13:34

Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…

blank
Dünya futbolu2024-04-11 13:17

Klopp istirahət edəcək: “Qocalana qədər gözləmək istəmirəm”

blank
Müsahibə2024-04-11 13:00

İspan futbolçu: “Tovuzlu azarkeşlər ölkənin ən yaxşı azarkeşləridir”

blank
Ölkə futbolu2024-04-11 12:40

“Ardıcıl iki matçda uduzmaq heç də xoş deyil”

blank
Dünya futbolu2024-04-11 12:19

Xavi gedəcəyini deyəndən bəri…

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm