Ölkə futbolu
Roberto Mançini: "Qarabağ"ın hücumçuları güclüdü"
Milan “İnter”inin baş məşqçisi Roberto Man&cced…
Milan “İnter”inin baş məşqçisi Roberto Mançini Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" matçı öncəsi keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis qrupdakı son matçla bağlı bu sözləri deyib:
“Bura qələbə dalınca gəlmişik. Hansı heyətlə oynamağın bizim üçün bir fərqi yoxdu”
– Türkiyədə (Qalatasaray) işləməyinizin “Qarabağ”la oyunda sizin üçün bir üstünlüyü olacaq?
– Türkiyədə işləməyin elə bir əhəmiyyəti yoxdu. “Qarabağ”ın oyununu təhlil etmişəm. Bura qələbə qazanmağa gəlmişik.
– A Seriyasında “Udineze” ilə oyunda futbolçuların fiziki hazırlığı sizi qane etdi?
– Düşünmürəm ki, bu, fiziki problemlə bağlıdı. Bizim fiziki hazırlığımız qaydasındadı. Həmin oyunu da yaxşı keçirmişdik.
– “İnter”in hücum xətti sanki son vaxtlar zəif təsir bağışlayır. Bu fikirlə razısız?
– Xeyr. Bizim hücum xəttimiz çox yaxşıdı. Həmçinin “Qarabağ”ın hücumçuları da güclüdü.
– “Udineze”yə məğlubiyyətdən sonra futbolçulara iradınız nə formada oldu?
– Təbii ki, əsəbləşdim. Onlara öz səhvlərini izah etdim.

– “İnter” ən yaxşı dönəmini Mourinyonun vaxtında keçirib. Siz komandanı həmin səviyyəyə yüksəldə biləcəksiz? Ümumiyyətlə, o vaxtkı komanda ilə indiki komanda arasında nə kimi fərqlər var?
– Həmin vaxtkı “İnter”lə fərqimiz ondadı ki, indiki komanda gəncdi. Bu mövsüm çempion olmağımız çətindi. Əsas diqqətimizi növbəti mövsmə yönəldəcəyik.
– “İnter” Bakıya 9 müdafiəçi ilə gəlib. Bu o deməkdi ki, komanda sabah müdafiə futbolu oynayacaq?
– Xeyr, biz bütün komandanı gətirmişik. Hətta qapıçılar da gəlib (gülür). Biz bura qələbə qazanmağa gəlmişik.

– “Qarabağ” necə komanda hesab edirsiz?
– Bizim əsas vəzifəmiz mərhələ adlamaqdı. O ki qaldı “Qarabağ”a, onları çox bəyənirəm, Sabah azarkeşləri maraqlı mübarizə gözləyir.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov