Dünya futbolu
Cerrarddan acı etiraf: "Qrupda qalmağa layiq idik"
“Liverpul”un kapitanı Stiven Cerrard ötən gecə &Cc…
“Liverpul”un kapitanı Stiven Cerrard ötən gecə Çempionlar Liqasında “Bazel”lə keçirdikləri oyun haqda fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, 1:1 hesablı bərabərliklə başa çatan oyundan sonra turnirdə mübarizəni dayandıran mersisaydların canlı əfsansəi buna layiq olduqlarını bildirib:
“Bu mövsüm çətin bir dövrdən keçirik. Qrupda qalmağa layiq olduğumuzu deyə bilərəm. Təəssüf ki, “Bazel” qarşısında kifayət qədər yaxşı deyildik. Ötən mövsümə nisbətən oyun səviyyəmiz aşağı enib. Bunu yenidən yüksəltməliyik”.
Qeyd edək ki, 5 xalla qrupu 3-cü pillədə tamamlayan “Liverpul” avrokubok mübarizəsini Avropa Liqasında davam etdirəcək.