Dünya futbolu
"Mançester Yunayted"də müdafiəçi qalmadı
İngiltərənin "Mançester Yunayted" klubu ciddi itki…
İngiltərənin "Mançester Yunayted" klubu ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın müdafiəçisi Kris Smollinq zədə səbəbindən 2 həftə komandasına kömək edə bilməyəcək.
Premyer Liqanın son turunda "Sauthempton"a qarşı oyunda əzələsini dartan Smollinq əvəzlənməli olmuşdu.
Zədəli oyunçuların çoxluğuna görə kasad olan müdafiə xəttinə yarımmüdafiədən birinin keçəcəyi gözlənilir. Artıq iki oyunda Maykl Kerrik mərkəz müdafiəçisi kimi oynadığından məhz onun arxa xəttə keçiriləcəyi güman olunur.