Dünya futbolu
Slaven Biliç: "Özümüzü körpüdən atası deyilik ki"
Türkiyənin “Beşiktaş” klubu Avropa Liqasının qru…
Türkiyənin “Beşiktaş” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Tottenhem”lə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Slaven Biliç oyun öncəsi mətbuat konfransında maraqlı açıqlamalar verib.
Xorvatiyalı çalışdırıcı ingilislərlə oyuna böyük itkilərlə çıxacaqlarını bildirib: ”Sabahkı oyunda komandanın bir hissəsi zədəli olduğu üçün özümüzü İstanbul körpüsündən aşağı atası deyilik. Həm çepionatda, həm də Avropa Liqasında inamla irəliləyirik. Komanda daxilində xoşbəxtlik hakimdi. Hər iki komanda da növbəti mərhələyə vəsiqəni təmin etsə də, biz lider olaraq mərhələ adlamaq istəyirik”.
Qeyd edək ki, İstanbul nəhəngi bu gün evdə “Tottenhem”lə Bakı vaxtı ilə saat 22:00-da qarşılaşacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…