Dünya futbolu
Zanetti: "Əsasən yarımmüdafiə və hücum xəttində…"
Argentina millisinin keçmiş müdafiəçisi Xavier Za…
Argentina millisinin keçmiş müdafiəçisi Xavier Zanetti "Qızıl top" və ilin ən yaxşı məşqçisinə təqdim olunacaq mükafata dair proqnozlarını söyləyib. Futbolinfo.az xəbər verir ki, "İnter"in əfsanəvi futbolçusu hər iki mükafata öz həmyerlilərini layiq görüb:
"Ümid edirəm ki, "Qızıl top" mükafatını Lionel Messi qazanar. O, həqiqətən, böyük futbolçudu. Futbol ictimaiyyətini daim təəccübləndirir. Leo istənilən anda improvizə etmək, ustalığını nümayiş etdirmək və matçın taleyini dəyişə bilən qeyri-adi qərarlar verməyə qadir oyunçudu. Hesab edirəm ki, dünyada ən güclü futbolçudu. Nəticənin necə olacağını bilmirəm. Son “üçlüy”ə layiq olan 3 namizəd haqqında danışırıq. "Qızıl top" uğrunda mübarizə sona qədər gərgin olacaq. Əsasən yarımmüdafiə və hücum xəttində çıxış edən oyunçular matçın taleyini həll edir. Bununla yanaşı, Lam da diqqətəlayiq futbolçudu. Diyeqo Simeone komandası ilə böyük nailiyyətlər qazandı. Bu uğurlara təəccüblənmirəm. O, gərgin çalışır və fədakarlıq etməyi bacarır. Ançelotti və Lövə dərin hörmət bəsləsəm də, "Çolo" 2014-cü ilin ən yaxşı məşqçisi adını qazanmaq üçün yetərincə iş görüb”.
Qeyd edək ki, Zanetti bu gün Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq Milan “İnter”inin vitse-prezidentidi. O, 1995-2014-cü illər ərzində İtaliya klubunun şərəfini qoruyub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…