Dünya futbolu
İbrahimoviç: "Ayağımdakı zədə tam sağalmayıb"
Çempionlar Liqasının F qrupunda "Barselona"ya uduza…
Çempionlar Liqasının F qrupunda "Barselona"ya uduzan (1:3) PSJ son anda qrup liderliyini əldən verib. Futbolinfo.az xəbər verir ki, oyundan sonra Fransa çempionunun hücumçusu Zlatan İbrahimoviç fikirlərini UEFA-nın saytı ilə bölüşüb.
İsveçli futbolçu zədəsi barədə də sualı cavablandırıb: "Oyuna yaxşı başladıq. Bir neçə qol vəziyyəti yaratdıq. Onlardan yalnız birini reallaşdırmaq mümkün oldu. Amma daha sonra "Barselona" bizi 3 dəfə cəzalandırdı. "Nou Kamp"da oynamağın nə olduğunu bilirəm. Uğur qazanmaq üçün səhvləri minimuma endirmək lazımdı. Ayağımdakı zədə tam sağalmayıb. Amma oynamaq mümkündü. Tam bərpa olmasam da, şikayətlənmək istəmirəm. Əsas olan pley-offa vəsiqə qazanmaqdı. Əlbəttə, qrup lideri olmaq şansımız vardı. Lakin bu imkandan yararlana bilmədik. Qrup liderləri arasında yaxşı komandalar çoxdu. İndi püşkatmanın nəticələrini gözləmək lazımdı. Çempionlar Liqasında maksimum irəli getmək üçün ən yaxşıları məğlub etməliyik".
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…