Dünya futbolu
Bakıya gətirmədiyi futbolçusu "İnter"i tərk edir
İtaliya mətbuatı bu axşam "Qarabağ"la oyunu buraxacaq &…
İtaliya mətbuatı bu axşam "Qarabağ"la oyunu buraxacaq "İnter"in futboçusu Nemanya Vidiçlə bağlı maraqlı iddia ortaya atıb. Futbolinfo.az xəbər verir ki, "La Gazetta dello Sport" serbiyalı müdafiəçinin qışda keçmiş komandası "Mançester Yunayted"ə geri dönəcəyini iddia edib.
Ötən yay Milan klubuna azad agent kimi cəlb olunan təcrübəli futbolçu optimal formada olmadığından rəqabətdə Xuan Xesus və Andrea Ranokkiaya uduzur.
Artıq 33 yaşlı müdafiəçi ilə İngiltərə təmsilçisi arasında danışıqlara da start verildiyi deyilir. Bu mövsüm müdafiədə ciddi itkilərlə üzləşən MY-in baş məşqçisi Lui van Qaal məcburiyyətdən arxa xəttdə Maykl Kerrik və Deyli Blind kimi yarımmüdafiəçiləri oynadır.
Qeyd edək ki, 2006-2014-cü illər ərzində ingilis klubunun şərəfini qoruyan serbiyalı müdafiəçi cari mövsümdən Milan təmsilçisində çıxış edir. O, bu axşam “Qarabağ”la oyunda komandasına kömək edə bilməyəcək. Çünki Vidiç səfər öncəsi hərarəti yüksəldiyi üçün Bakıya gətirilməyib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…