Ölkə futbolu
"İnter"də fikir ayrılığı: Rəhbərlik Mançini ilə razılaşmadı
Avropa Liqasında rəqibimiz olan İtaliyanın “İnter” kl…
Avropa Liqasında rəqibimiz olan İtaliyanın “İnter” klubunda fikir ayrılığı yaranıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Roberto Mançini rəhbərliklə ortaq məxrəcə gələ bilmir.
İtaliya mətbuatının yazdığına görə, Mançini ötən mövsüm “Qalatasaray”da işləyərkən, instanbulluların formasını geyinən Səlçuk İnanı hazırkı komandasında görmək fikrindədi və yanvarda bu keçidin reallaşmasını istəyir. Lakin rəhbərlik bu tranfserin baş tutmasında elədə maraqlı deyil.
“Göy-qaralar”ın idman direktoru Pyero Auzilio ölksinin mətbuatına verdiyi açıqlamada bunları bildirib: “Biz Mançinin planları əsasında işləməyə başlamışıq. Amma indiki vəziyyətdə “Qalatasaray”la heç bir danışıqlar aparmırıq”.
Qeyd edək ki, İtalyalı mütəxəssis 2013-2014 müvsümündə “sarı-qırmızılıar”a rəhbərlik edib.