Ölkə futbolu
AFFA Banişevskinin doğum gününü gözləyir
Azərbaycan futbolunda əbədi izi olan əfsanəvi Anatoli Banişevski…
Azərbaycan futbolunda əbədi izi olan əfsanəvi Anatoli Banişevskinin ötən gün ölümündən 17 il ötüb. Ancaq “Neftçi”nin əfsanəsinin anım günü xüsusi olaraq qeyd olunmadı.
Sözsüz ki, bu məsələdə ən böyük məsuliyyət AFFA-nın üzərinə düşür. İş burasındadı ki, assosiasiya bununla bağlı nə bir tədbir, nə də kiçik turnir keçirdi. Görəsən, buna səbəb nədi?
Saytımıza açıqlama verən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun məsələyə fikri fərqli oldu: “Biz müntəzəm olaraq hər il Anatoli Banişevskinin doğum gününü qeyd edirik. 23 fevral tarixində hər il tədbir və ya turnir keçiririk”.
“Bəs AFFA rəhbərliyindən, rəsmilərindən Banişevskinin məzarını ziyarət edən olduumu” sualına isə Nərimanoğlu belə cavab verdi: “Son 10 ildə Banişevskinin məzarını hər il doğum günündə ziyarət edirik. Onu doğum günündə yada salırıq“.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…