Ölkə futbolu
Ruslan Əmircanov: "Hər şey yaxşıdı, sabah Bakıya gəlirəm"
Türkiyədə əməliyyat olunan Azərbaycan milli komandası və &…
Türkiyədə əməliyyat olunan Azərbaycan milli komandası və “Qəbələ” klubunun futbolçusu Ruslan Əmircanov hazırkı durumu ilə bağlı açıqlama verib. Futbolinfo.az saytına danışan 29 yaşlı müdafiəçi əməliyyatın uğurlu keçdiyini deyib.
O, sabah Bakıya qayıdacağını və təxminən 10 günə fərdi məşqlərə başlayacağını bildirib: “Əməliyyat uğurla keçdi. Şükür Allaha vəziyyətim yaxşıdı. Burada bəzi fiziki hərəkətlər edirəm. Həkimlər bəzi hərəkətlər etməyimi tapşırıblar. Durub gəzirəm və s. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Sabah Bakıya qayıdıram. 10 gündən sonra məşqlərə başlaya biləcəm”.
Qeyd edək ki, bu əməliyyat İstanbulda – "Acıbadem" Fulya Xəstəxanasında Travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilib. Yığmamızın heyətində AÇ-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alan Ruslan təxminən 2 aydı zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını, əməliyyatının zəruriliyini üzə çıxarmışdı.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…