Dünya futbolu
"Milan" 4 futbolçusu ilə yolları ayırır
İtaliya A Seriyasında istənilən nəticələri göstərə bilm?…
İtaliya A Seriyasında istənilən nəticələri göstərə bilməyən "Milan" qış fasiləsində bir sıra dəyişikliklər edəcək. Futbolinfo.az xəbər verir ki, yerli mətbuat Filippo İnzaqinin heyətdə müəyyən islahatlar aparacağını yazıb.
"Rassionerlər" əsasən orta xəttə hücumameyilli yarımmüdafiəçi variantlarını nəzərdən keçirir. Bunun üçün də Uesli Sneyder və Alessandro Diamanti əsas namizədlər kimi göstərilir. "Qırmızı-qaralar" hər iki futbolçunu icarə əsasında heyətə cəlb etmək istəyir.
"Milan"ın hücum xəttini də gücləndirmək planları var. Rəhbərlik ön xəttə Çiro İmmobile, Cekson Martines və Andrey Kranariç triosundan birini gətirməyə çalışır.
Komandanı tərk etməyə ən real namizədlər isə Fernando Torres, Rikardo Saponara, Kristian Zakkardo və Mikenangerlo Albertatsidi.