Əvəzedicilər
"Xəzər Lənkəran"la oyun "Bakı"ya baha başa gəldi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 16-cı tur oyunları ilə bağlı cəzaları açıqlanıb.
“Bakı” – “Xəzər Lənkəran” matçının 83-cü dəqiqəsində ev sahibi komandanın futbolçusu Rəvan Kərimov idmançıya yaraşmayan hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunur. Həmin oyunun 84-cü dəqiqəsində “Bakı”nın futbolçusu Azad Kərimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
“Qarabağ”la oyunda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olun.
(PFL)