Ölkə futbolu
İmamverdiyevin klubu məşqçi və 2 futbolçusunu qovdu
Azərbaycan millisinin üzvü Cavid İmamverdiyevin çı…
Azərbaycan millisinin üzvü Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" klubunda ayrılıq yaşanıb. Futbolinfo.az xəbər verir ki, komandanın 3 üzvü qovulub.
Belə ki, baş məşqçi Ümit Özatın köməkçisi Fatih Akyel, futbolçular Atilla Yıldırım və Birol Hikmətlə yollar ayrılıb. Klub prezidenti Səlçuk Öztürk yerli mətbuata verdiyi açıqlamada bütün qərarların komandanı daha yaxşı yerlərə daşımaq üçün etdiklərini bildirib.