Premyer-liqa
"Neftçi"nin müdafiəçisi: "Komandada çatışmazlıqlar var"
Bu gün Topaz Premyer Liqasının 17-ci turunun oyunları ke&ccedi…
Bu gün Topaz Premyer Liqasının 17-ci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" səfərdə "İnter"ə 1:2 hesabı ilə məğlub olub.
Oyundan sonra "ağ-qaralar"ın müdafiəçisi Elvin Yuniszadə jurnalistlərə açıqlama verib:
"İki fərqli hissə izlədik. 1-ci hissədə yaxşı olan tərəf biz idik. 2-ci hissədə rəqib daha yaxşı oynadı. Qalib gəlib, yaxşı əhval-ruhiyyəylə fasilə yollanmaq istəyirdik, amma alınmadı. Ən adi epizodlarda qol buraxdıq. Komandada çatışmazlıqlar var. Qış fasiləsindən sonra bu çatışmazlıqları aradan qaldırmalıyıq. "İnter"in əsas üstünlüyü o idi ki, əllərinə düşən fürsətlərdən istifadə etdilər. Rəqibi təbrik edirik".