Ölkə futbolu
Türkiyə klubu hücumçumuza güvənmir
Millimizin sabiq üzvü Branimir Subaşiçin çıx…
Millimizin sabiq üzvü Branimir Subaşiçin çıxış etdiyi “Manisaspor” klubu yeni transferlər reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi Manisanın bələdiyyəsinin dəstəyindən maksimum dərəcədə yararlanmağa çalışır.
Belə ki, “tarzanlar” “Balıkesirspor”da çıxış edən iki hücumçu – Muğdat Çəlik və Sinan Uzunu icarə əsasında heyətlərinə cəlb edib. Qış transfer pəncərəsində onlar klubun düşərgəsinə qatılacaqlar.Bu da onu göstərir ki, baş məşqçisi Tahir Karapınar Subaşiç də, daxil olmaqla hücumçularının çıxışından razı deyil.
Qeyd edək ki, Branimir Subaşiç “Manisaspor”un heyətində 13 matçda cəmi 1 dəfə fərqlənib.