Premyer-liqa
Tərlan Əhmədov “Rəvan” zəfərindən danışdı
“Neftçi”nin baş məşqçi əvəzi Tərlan Ə…
“Neftçi”nin baş məşqçi əvəzi Tərlan Əhmədov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “Rəvan”la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Milli komandaların oyunlarına görə biz bu görüşə tam heyətlə hazırlaşa bilməmişdik. Futbolçuların bəzisində yorğunluq da var idi. Bu, oyunun gedişində də özünü göstərdi. Amma şadıq ki, hər şeyə rəğmən qələbə qazana bildik. “Rəvan”a gəlincə, Şahin Diniyev hələ bu komandaya yeni gəlib. Fikrimcə, o, zaman keçdikcə bu komandanı daha da gücləndirə biləcək”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…