Dünya futbolu
Çinlilər ispan klubunu baş məşqçisiz qoydu
Çinin “Qoançjou Fuli” komandası “Xeta…
Çinin “Qoançjou Fuli” komandası “Xetafe”nin baş məşqçisi Kosmin Kontranı “oğurlayıb”. Futbolinfo.az xəbər verir ki, Asiya təmsilçisi bunun üçün İspaniya klubuna müqavilənin vaxtından əvvəl pozulmasına görə 500 min avro ödəyib.
Kontra ilə birlikdə Çinə “Xetafe”nin yarımmüdafiəçisi Miçel Errero da yollanacaq. Onun transferinə görə 1 milyon avro ödənilib.
İspaniya klubunun yeni baş məşqçisinin adına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, 39 yaşlı mütəxəssis cari ilin mart ayından "Xetafe"ni çalışdırırdı.