Ölkə futbolu
Cavadovla Budak "Qaziantep BB"nin qələbəsində pay sahibi oldu
Türkiyə PTT 1-ci Liqasında 14-cü turun oyunları keç…
Türkiyə PTT 1-ci Liqasında 14-cü turun oyunları keçirilib. Futbolinfo.az xbər verir ki, Azərbaycan üzvləri Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuq Budakın çıxış etdiyi “Qaziantep BB” klubu növbəti matçına çıxıb.
Həmyerlilərmizin komandası evdə “Altınordu” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Vaqif oyuna 80-ci dəqiqədə ehtiyat oyunçular skamyasından daxil olsa da, Rəhmanın adı matçın iştirak ərizəsində də olmayıb. Start heyətdə meydana çıxan Budak isə sona qədər mübarizə aparıb.
Qeyd edək ki, “Qaziantep BB” hazırda 18 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.