Əvəzedicilər
"Hakimlər çox qeyri-peşəkar idi"
ötən gün Topaz Premyer Liqasında mübarizə aparan klu…
ötən gün Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 18-ci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" evdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.
Matçdan sonra Ağdam təmsilçisinin futbolçusu Tural Rzayev açıqlama verib: "İlk qolu biz buraxsaq da, oyunda əvvəldən axıra kimi üstün oynadıq. Məncə, hesab da oyuna layiq oldu. Hakim barəsində çox danışmaq istəmirəm. Hakimlər çox qeyri-peşəkar idi. Ümumilikdə, oyun ərzində çox səhvə yol verdilər".