Premyer-liqa
Qəbələdə Kamran Ağayev "şou"su: Yumruq, təhqir… – VİDEO+FOTO
Bu gün Topaz Premyer Liqasında 18-ci turun görüşləri…
Bu gün Topaz Premyer Liqasında 18-ci turun görüşləri keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "İnter"lə qarşılaşıb.
Qəbələ şəhər ştadionunda baş tutan oyunun ikinci hissəsində gərgin anlar yaşanıb. 76-cı dəqiqədə "qırmızı-qaralar"ın qapıçısı rəqib futbolçu Mikel Alvaronu yumruqla vursa da, matçın baş hakimi Fariz Yusifov bu hərəkəti cəzasız buraxıb.
Bundan əlavə, Ağayevin qapısı arxasındakı rəqib "İnter" fanatları oyun ərzində millimizin qolkiperini təhqir ediblər. O, öz növbəsində azarkeşləri təhqir edib. Hətta vəziyyət o yerə çatıb ki, qəbələli futbolçular araya girərək, onun fanatlarla olan mübahisəni yatırıblar.