Premyer-liqa
Əhmədov: "Səfər oyunlarında xallar qazanmağı bacarırıq"
AZAL-ın baş məçqçisi Tərlan Əhmədov Topaz Premyer …
AZAL-ın baş məçqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, səfərdəki 1:1 hesablı heç-heçəni belə şərh edib:
“İlin son oyununda qələbə qazanmaq istəyirdik. Açığı, buna yaxın idik. Amma son dəqiqələrdə buraxdığımız qol buna imkan vermədi. 1 xal qazanmağımıza görə də şadam. Çatışmazlıqlarımız var. Vurduğumuz qədər də qol buraxırıq. Fasilədə problemləri aradan qaldırmağa çalışacağıq. “Xəzər Lənkəran”ın adı var, imici var. Oyunu ilə göstərir ki, potensiala malikdi. Lənkəranda “Xəzər Lənkəran”a qarşı oynamaq çətindir. Biz isə səfər oyunlarında xallar qazanmağı bacarırıq. Mənim üçün heyətdə əsas məsələ rəqabətin olmasıdır. Komandada nə əzizim var, nə də sevimli oyunçum. Kim layiqdirsə, o da meydançaya çıxır".