Ölkə futbolu
Futbolçumuz Portuqaliya klubuna lazım olmadı
Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 20-c…
Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası "Atletiko" səfərdə "Beyra Mar"la üz-üzə gəlib.
Oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Ötən turlarda da forma şansı əldə edə bilməyən Quluzadə bu dəfə də meydana çıxmayıb. Onun adı matçın iştirak ərizəsində də yer almayıb.
Qeyd edək ki, hazırda "Atletiko" 22 xalla turnir cədvəlinin 21-ci pilləsində qərarlaşır.