Ölkə futbolu
Mehdiyevin komandası Superliqa klubunu büdrətdi
Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin 3-c&uum…
Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin 3-cü tur oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası “Girəsunspor” da növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma meydanda “Gənclərbirliyi” ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Çempionat oyunlarında forma şansı əldə edə bilməyən Mehdiyevin adı bu matçın da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Girəsunspor" Türkiyə PTT 1-ci Liqasında, “Gənclərbirliyi” isə Superliqada mübarizə aparır.