Dünya futbolu
Xavi: "Ronaldonun hansısa bir uğurunu görmədim"
“Barselona”nın təcrübəli futbolçuları…
“Barselona”nın təcrübəli futbolçularından Xavi Hernandes maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, kapitan “Real”ın əzəli rəqibi “Barselona”dan daha güclü olduğunu bildirib:
“Mən “Barselona”da xoşbəxtəm oyundan həzz alıram. Madridlilər hazırda çox güclüdürlər. Onlar 20 görüşün qalibi olublar. Bu futbol tarixində olmamışdı. “Barselona” onlardan geri qalmamağa çalışır”.
Xavi “Qızıl Top”a namizəd olan 3 futbolçu haqqında da danışıb: “Qızıl Top”a namizəd olan futbolçuların siyahısında Flip Lam, Xavyer Maskerano və Lionel Messinin adını çəkərdim. Ronaldoya gəldikdə isə, onun dünya çempionatında hansısa bir uğurunu görmədim. Fikirləşirəm ki, Dünya çempionatı bu mükafat üçün çox böyük önəm daşıyacaq”.
Xatırladaq ki, sözügedən mükafata Lionel Messi, Manuel Noyer və Kriştianu Ronaldo namizəddilər.