Əvəzedicilər
Samir Abasov: "Bu, uğursuz çıxışımıza təsir edən amillərdən idi"
Topaz Premyer Liqasında mübarizə aparan klublarda olduğu kimi …
Topaz Premyer Liqasında mübarizə aparan klublarda olduğu kimi əvəzedici komandalar da istirahətə yollanıb. Futbolinfo.az xəbər verir ki, "Sumqayıt"ın əvəzezedici komandası 18 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb.
Əvəzedicilərin 3-cü dövrə üçün hazırlıq planı barəsində komandanın baş məşqçisi Samir Abasov klub saytına açıqlama verib:
"İlk növbədə arxada qalan iki dövrənin bizim üçün uğursuz keçdiyini söyləməliyəm. Kifayət qədər səhvlərimiz olduğundan istədiyimiz nəticələri qazana bilmədik. Heyətdə yer alan futbolçularımızın əksəriyyəti gənclərdi. Təcrübəsizlik də bizim uğursuz çıxışımıza təsir edən amillərdən idi. İnşallah, yanvarın 3-dən etibarən 3-cü dövrənin hazırlığına start verəcəyik. Heyətdə bəzi dəyişikliklər olacaq. 3-4 futbolçu kollektivdən ayrılacaq. Seleksiya xarakterli təlim-məşq toplanışları təşkil edib heyətə yeni simalar cəlb etməyi düşünürük. Bildiyiniz kimi, qış fasiləsi zamanı heyətə yeni futbolçu cəlb etmək məsələsi çətinləşir. Bu səbəbdən seçimdə öz akademiyamızın futbolçularına üstünlük verəcəyik. "Sumqayıt"ın akademiyasında xeyli perspektivli gənc futbolçular var. Məşqçilər heyəti ilə əsas iş prinsipimiz bu yöndə olacaq. Hazırlıq prosesi çərçivəsində 3-4 yoxlama oyunu keçirəcəyik. İnşallah, çempionatda 3-cü dövrənin startına qədər komandanı hazır vəziyyətə gətirərik".
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…