Ölkə futbolu
Özkaranın komandası Cavadovlu "Qaziantep BB"yə divan tutdu
Türkiyə kubokunda qrup mərhələsinin 3-cü tur oyunları k…
Türkiyə kubokunda qrup mərhələsinin 3-cü tur oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov və müdafiəçi Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə səfərdə yığmamızın digər üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor”la qarşılaşıb. Görüş qonaqların 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Cavadov 66 dəqiqə mübarizə aparıb. Budakın və Özkaranın isə bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Qaziantep BB" 1-ci liqa, "Sivasspor" isə Superliqada mübarizə aparır.