Dünya futbolu
"Fənərbaxça" hücumçusunu itirdi
Türkiyənin “Fənərbaxça” klubu heyətində c…
Türkiyənin “Fənərbaxça” klubu heyətində ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin təcrübəli hücumçusu Emmanuel Emenike zədələnib.
Belə ki, nigeriyalı futbolçu Türkiyə Kubokunun qrup mərhələsi 3-cü turundakı “Altınordu” matçında sıradan çıxıb. Sağ baldırından xəsarət alan forvardın ili erkən başa vurduğu və ancaq qış fasiləsindəki toplanışın sonlarına yaxın komanda ilə məşq edə biləcəyi deyilir.
Qeyd edək ki, 27 yaşlı Emenike 2013-cü ildən Superliqa təmsilçisinin formasını geyinir.