Dünya futbolu
"Mançester Yunayted"in zədəlisi qayıtdı
"Mançester Yunayted"də zədəli futbolçular y…
"Mançester Yunayted"də zədəli futbolçular yavaş-yavaş heyətə dönməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, növbəti şad xəbər isə mankunyanların hollandiyalı yarımmüdafiəçisi Deyli Blinddən gəlib.
Gənc futbolçu artıq məşqlərə başlayıb. "The Mirror"un xəbərinə görə, o, zədəsini tamamilə sağaldıb və komanda ilə məşqlərə start verib. Blindin yanvarın əvvəllərində yaşıl meydanlar qayıdacağı gözlənilir.
Qeyd edək ki, dizindəki zədə səbəbindən 6 həftə yaşıl meydanlardan uzaq qalan Blind cari mövsümdə 8 matçda forma geyib və 1 dəfə fərqlənib.