Dünya futbolu
9-u "Real"dan, 1-i "Barselona"dan
İspaniya La Liqasında cari mövsümün birinci dövr…
İspaniya La Liqasında cari mövsümün birinci dövrəsinin rəmzi komandası açıqlanıb. Futbolinfo.az xəbər verir ki, "Marca" qəzetinin saytında keçirilən sorğuda 46 min azarkeş iştirak edib.
2014/2015 mövsümünün ilk bölümünün simvolik yığmasında lider “Real”ın futbolçuları üstünlük təşkil edib. Belə ki, kral klubunun 9 üzvü “11-lik”də yer alıb. Qalan iki nəfər isə “Barselona” və “Atletiko”nun futbolçuları olub.
Qapıçı: İker Kasilyas (Real).
Müdafiəçilər: Karvahal, Serxio Ramos, Marselo (hamısı "Real"), Dieqo Qodin (Atletiko).
Yarımmüdafiəçilər: Toni Kroos, İsko, Xames Rodriqes, Qaret Beyl (hamısı "Real").
Hücumçular: Kriştianu Ronaldo (Real), Lionel Messi (Barselona).
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-08 20:41
PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı