Ölkə kuboku
20 mövsümün məhsuldarlıq rekordu
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin 8 oyununda 36 qol vurulub.
Futbolinfo.az xəbər verir ki, qeydə alınan məhsuldarlıq bu mərhələnin 8 matçı üçün turnirin tarixində ikinci göstəricidir.
Bu raundun iki matçdan ibarət olduğu illərdə ilk oyunlar və cavab görüşlərinin məhsuldarlığı ayrı hesablanır. Yalnız bir dəfə 1/8 finalin səkkiz görüşündə daha çox qol qeydə alınıb. 2003/04 mövsümünün ilk oyunlarında 37 qol vurulub. Sonrakı 20 mövsümün mütləq rekordu isə cari turnirə təsadüf edib.
Mövsümün ümumi məhsuldarlığı da yüksək olması ilə seçilir. Təsnifat mərhələləri və 1/8 finaldan sonra ümumilikdə 94 qol qeydə alınıb. Bu, son 15 mövsüm üçün mütləq rekorddur. Sonuncu dəfə 2008/09 mövsümündə daha çox qol vurulub. Həmin vaxt futbolçular 95 dəfə fərqləniblər.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq