Dünya futbolu
Oyun alqı-satqısında ittiham olunan məşqçi danışdı
Oyun alqı-satqısında ittiham olunan Yaponiya millisinin baş məşq…
Oyun alqı-satqısında ittiham olunan Yaponiya millisinin baş məşqçisi Xavyer Aqirre haqqındakı iddialarla bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 56 yaşlı mütəxəssis günahsız olduğunu və sona qədər özünü müdafiə edəcəyini bildirib.
İspaniya “Saraqosa”sında baş məşqçi olarkən “Levante” ilə son turda qazandıqları 2:1 hesablı qələbəni pulla aldığı iddia olunan meksikalı çalışdırıcı bu məsələyə aydınlıq gətirib:
“Mən 12 il İspaniyada çalışmışam. Həmin dövr ərzində heç bir qeyri-etik davranışım olmayıb. Heç kimə də “hədiyyə” verməmişəm. Heç kəs mənim uğurlarıma kölgə sala bilməz. Vəkillərimlə görüşmüşəm. Bu işin sonuna qədər gedib haqqımı almaq üçün savaşacam”.
Qeyd edək ki, Aqirre bu yay Yaponiya millisinin baş məşqçi postunda əyləşib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…