Ölkə futbolu
Cavid İmamverdiyev fikrini dəyişdi
Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyev "Ela…
Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyev "Elazığspor"da qala bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Mənbədə qeyd olunur ki, həmyerlimiz klubdan ayrılmaq istəmədiyini, lakin atasının xəstə olması səbəbindən bu cür addım atdığını bildirib. O, baş məşqçisi Ümit Özatla danışaraq, ailəsinin Bakı üçün darıxdığını bildirib. Ailəsi razı salınarsa, 24 yaşlı yarımmüdafiəçi uzun illər bu klubun formasını geyinməyə hazırdı.
Hazırda Ankarada olan “Elazığspor”un prezidenti Səlçuk Öztürkün bu barədə son qərarı verməsi gözlənilir.
Qeyd edək ki, bir neçə gün öncə gənc futbolçu hazırkı klubundan ayrılaraq, “Neftçi”yə qayıtmaq istədiyini demişdi. İmamverdiyevin "Elazığspor"la mövsüm sonuna qədər icarə müqaviləsi var.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…