Dünya futbolu
"Barselona"nı bağışlamadılar
Bu gün İdman Arbitraj Məhkəməsi (CAS) “Barselona”…
Bu gün İdman Arbitraj Məhkəməsi (CAS) “Barselona”nın şikayəti ilə bağlı yekun qərarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, İspaniya nəhənginin cəzasında dəyişiklik etməyib.
Bu isə o deməkdi ki, “Barselona” 2016-cı ilin yanvarına qədər transfer etmək hüququna malik olmayacaq. Kataloniya klubu həm bu qış, həm də gələn yay heç bir oyunçu ala bilməyəcək. “Barselona” yalnız Dani Alveş kimi, müqaviləsi bitmək üzrə olan oyunçularla yeni müqavilə imzalaya və digər klublarda icarədə olan futbolçularını qaytara bilər.
Qeyd edək ki, FİFA aşağı yaş qrupuna alınan futbolçuların transferində qanunsuzluğa yol verdiyi üçün "Barselona"ya 1 illik transfer qadağası cəzası vermiş, klub isə bunun ləğvi üçün dekabrın 5-də CAS-a müraciət etmişdi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…