Ölkə futbolu
"Xəzər Lənkəran"dan ayrılan futbolçu rəsmən "Simurq"da
"Simurq" klubu əsas heyətə daha bir futbolçu cəlb…
"Simurq" klubu əsas heyətə daha bir futbolçu cəlb edib. Futbolinfo.az xəbər verir ki, Zaqatala təmsilçisi "Xəzər Lənkəran"la yenicə yollarını ayıran yarımmüdafiəçi Elnur Abdullayevlə anlaşıb.
"Sarı-qaralar" təcrübəli futbolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalayıb. 28 yaşlı oyunçu yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Elnurun son klubu "Xəzər Lənkəran" olub. 2010-cu ildən Lənkəran təmsilçisinin heyətində forma geyinən təcrübəli yarımmüdafiəçi Premyer Liqada 162 matçda meydana çıxıb və 11 qol vurub. O, "Xəzər Lənkəran"dan əvvəl isə "Muğan"da çıxış edib.
(Klub saytı)
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir