Ölkə futbolu
"Qəbələ"nin növbəti rəqibi Türkiyə Superliqasından
Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim…
Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Qəbələ”nin hazırlıq çərçivəsində qarşılaşacağı komandalardan birinin də adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” qardaş ölkədə keçirəcəyi 2-ci yoxlama oyununda “Əskişəhərspor”la qarşılaşacaq.
Türkiyə Superliqası təmsilçisi ilə görüş yanvarın 14-də baş tutacaq.
Qeyd edək ki, ilk yoxlama oyununu yanvarın 10-da keçirəcək “qırmızı-qaralar” PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək. Ayın 17-də 2 matça çıxacaq komanda əvvəl Qazaxıstan klublarından biri ilə görüşəcək ki, bu rəqibin adı dəqiqləşməyib. Həmin gün təmsilçimizin digər rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq. Əyalət təmsilçisi bundan əlavə yanvarın 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Bu qarşılaşmalardakı rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.
(Klub saytı)
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir