Milli komanda
Millimizin baş məşqçisi: "Bu, 4 illik işimizin bəhrəsidi"
Rusiyanın Sankt-Peterburq şəhərində 1997-ci il təvəllüdl&u…
Rusiyanın Sankt-Peterburq şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirinin oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, bu yarışda iştirak edən müvafiq yaş qrupları üzrə Azərbaycan yığması ikinci matçında Rusiyanı 4:2 hesabı ilə məğlub edib.
Komandamızın baş məşqçisi Nikolay Adam qələbəni belə şərh edib:
Komandamızın baş məşqçisi Nikolay Adam qələbəni belə şərh edib:
“Komandamın oyunundan razıyam. Dünən çətin oyun keçirmişdik. Bu gün futbolçularımızın yorğun ola biləcəyini düşündüyümüz üçün qarşılaşmadan əvvəl bir qədər narahat idik. Amma yorğunluğa baxmayaraq, bu gün yaxşı oyun göstərdik. Ardıcıl ikinci qələbəmizi qazandıq. Bu, 4 illik işimizin bəhrəsidi. Rəqib də yaxşı təsir bağışladı. Məqsədimizdə dəyişiklik yoxdu. Hər dəfə növbəti oyun haqda düşünürük”.
(affa.az)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq