Türkiyədə gənc futbolçu dünyasını dəyişib. Futbolinfo.az xəbər verir ki, həvəskarlar liqasında çıxış edən "Siyavuşpaşaspor"un 16 yaşlı üzvü Muhammet Alihan Gürbüz məşqdə özünü pis hiss edib.

Hadisə yerinə çağırılan ambulans Alihana ilkin tibbi yardım göstərib və xəstəxanaya aparıb. Həkimlərin müdaxiləsinə baxmayaraq Alihan həyatını itirib. Onun ölümünə ürəktutmasının səbəb olduğu bildirilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp