“Xəzər Lənkəran” tarixinin 6-cı titulunu qazanıb. Futbolinfo.az xəbər verir ki, 2004-cü ildə yaranan komanda 9 il ərzində sayca 6-cı olan mükafatını ilk dəfə qatıldığı Azərbaycan Super Kubokunda əldə edib. “Ağ-yaşıllar” 4-cü Super Kuboka “Neftçi”ni 2:1 hesabı ilə məğlub etməklə sahib çıxıb.

 
Bununla da Con Toşakın yetirmələri 883 günlük titul həsrətinə son qoyub. 2011-ci il mayın 24-də Azərbaycan kubokunun finalında “İnter”i məğlub etməklə mükafatı başı üzərinə qaldıran “Xəzər Lənkəran” həmin vaxtdan qalib adını qazanmayıb.
 
Komandanın baş məşqçisi Con Toşak cənub təmsilçisini titula daşıyan 3-cü çalışdırıcıdı. Uelsli mütəxəssisədək ilk 4 uğura Ağasəlim Mircavadovun rəhbərliyi altında çatan “ağ-yaşıllar” 2 il əvvəl kuboku rumıniyalı Mirça Redniklə əldə etmişdi. “Xəzər Lənkəran” 6 mükafatını 4 müxtəlif yarışda – 1 dəfə çempionat, 3 dəfə kubok, 1 dəfə Super Kubok və 1 dəfə Birlik kubokunda qazanıb.
 

“Xəzər Lənkəran”ın bütün titulları:
 
1. Azərbaycan çempionu – 2006/07
2. Azərbaycan kuboku – 2006/07
3. Birlik kuboku – 2008
4. Azərbaycan kuboku – 2007/08
5. Azərbaycan kuboku – 2010/11
6. Azərbaycan Superkuboku – 2013

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp